Orduxan Qəhrəmanzadə

Orduxan Qəhrəmanzadə

Ordukhan Gahramanzada

“Bakı Prosesi”nin katibliyi olan Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın (GUIDE) Beynəlxalq təşəbbüslər departamentinin rəhbəri, Mədəniyyət Nazirliyinə təhkim olunmuş MEMİM-in sektor müdiri.

Orduxan Qəhrəmanzadənin portreti

Hazırkı fəaliyyəti

  • Beynəlxalq təşəbbüslər departamentinin rəhbəriGUIDE, “Bakı Prosesi”nin katibliyi
  • Sektor müdiriMEMİM (Mədəniyyət Nazirliyinə təhkim olunmaqla)
  • Siyasi elmlər üzrə doktorantAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Haqqında

Or­du­xan Qəh­rə­man­za­də 2026-cı ilin yanvar ayın­dan Pre­zi­dent İlham Əli­ye­vin tə­şəb­bü­sü ilə irəli sü­rül­müş “Bakı Pro­se­si”nin ka­tib­li­yi olan Mə­də­niy­yət­lə­ra­ra­sı Dialoq Naminə Qlobal İt­ti­fa­qın (GUIDE) Bey­nəl­xalq tə­şəb­büs­lər de­par­ta­men­ti­nə rəh­bər­lik edir. “Bakı Pro­se­si” çər­çi­və­sin­də 2026-cı il okt­yab­rın 27–29-da Bakıda baş tu­ta­caq VII Ümum­dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dialoq Fo­ru­mu­nun (Fo­rum­la­rın 15 illik yu­bi­le­yi) təş­ki­li üzrə işçi qru­pu­nun üz­vü­dür. MEMİM-in sektor müdiri kimi Mə­də­niy­yət Na­zir­li­yi­nin Bey­nəl­xalq əmək­daş­lıq şö­bə­si­nə təhkim olun­muş­dur, mədəni sər­vət­lə­rin qa­nun­suz döv­riy­yə­si­nə qarşı mü­ba­ri­zə və si­lah­lı mü­na­qi­şə zamanı mədəni sər­vət­lə­rin qo­run­ma­sı sa­hə­sin­də UNESCO-nun 1970-ci il Kon­ven­si­ya­sı və 1954-cü il Haaqa Kon­ven­si­ya­sı ilə bağlı Mə­də­niy­yət Na­zir­li­yi üzrə əla­qə­lən­di­ri­ci və eks­pert­dir.

2024–2025-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Gənc­lər Fon­dun­da Gənc­lər təş­ki­lat­la­rı ilə iş şö­bə­si­nə rəh­bər­lik etmiş, 100-dən çox gənc­lər təş­ki­la­tı­nın qrant ma­liy­yə­ləş­mə­si va­si­tə­si­lə dəs­tək­lən­mə­si işini təşkil et­miş­dir. 2021–2024-cü il­lər­də Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Şə­bə­kə­si­nə və 2022-ci ildə onun əsa­sın­da ya­ra­dıl­mış Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­na sədr­lik etmiş, BMT Baş As­samb­le­ya­sı­nın 78-ci ses­si­ya­sın­da Azər­bay­ca­nın rəsmi gənc nü­ma­yən­də­si ol­muş­dur. Azər­bay­can Tələbə Gənc­lər Təş­ki­lat­la­rı İt­ti­fa­qı­nın baş katibi kimi tələbə gənc­lər təş­ki­lat­la­rı­nın res­pub­li­ka əra­zi­sin­də fə­a­liy­yə­ti­nin təş­ki­li və əla­qə­lən­di­ril­mə­si işinə rəh­bər­lik etmiş, “Enac­tus” Azər­bay­ca­nın milli proq­ram di­rek­to­ru kimi Azər­bay­can gənc­lə­ri­nin sosial sa­hib­kar­lıq fə­a­liy­yə­ti­nin in­ki­şa­fı is­ti­qa­mə­tin­də işləri əla­qə­lən­dir­miş­dir. 2019-cu ildən bəri 14 xarici ölkədə 23 bey­nəl­xalq təd­bir­də və iş­gü­zar sə­fər­də iş­ti­rak et­miş­dir.

Təhsil

Or­du­xan Qəh­rə­man­za­də 2018-ci ildə Bakı Dövlət Uni­ver­si­te­ti­nin nəz­din­də “Gənc is­te­dad­lar” li­se­yi­ni qızıl me­dal­la bi­tir­miş və həmin il 651 balla ADA Uni­ver­si­te­ti­nə qəbul olun­muş­dur. Bundan bir il əvvəl “Sa­ba­hın alim­lə­ri” VI res­pub­li­ka mü­sa­bi­qə­sin­də “Kimya” no­mi­na­si­ya­sı üzrə II yerə layiq gö­rül­müş­dür. ADA Uni­ver­si­te­tin­də “Bey­nəl­xalq mü­na­si­bət­lər” ix­ti­sa­sı üzrə ba­ka­lavr də­rə­cə­si­ni 2022-ci ildə fərq­lən­mə dip­lo­mu ilə, “Dövlət qul­lu­ğu­nun təş­ki­li və ida­rə­e­dil­mə­si” ix­ti­sa­sı üzrə ma­gistr də­rə­cə­si­ni 2024-cü ildə al­mış­dır. Təhsil il­lə­rin­də Hacı Zey­na­lab­din Ta­ğı­yev adına ic­ti­mai mü­ka­fa­ta layiq gö­rül­müş, 2019-cu ilin payız se­mest­rin­də “Eras­mus+” mü­ba­di­lə proq­ra­mı çər­çi­və­sin­də Es­to­ni­ya­nın Tartu Uni­ver­si­te­tin­də siyasi elmlər və dip­lo­ma­ti­ya üzrə təhsil al­mış­dır.

2024-cü ilin sent­yabr ayın­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Dövlət İda­rə­çi­lik Aka­de­mi­ya­sın­da əyani dok­to­rant kimi “Azər­bay­ca­nın ge­o­si­ya­sə­ti Xəzər və Qara Dəniz re­gi­o­nu­nun trans­for­ma­si­ya­sı kon­teks­tin­də” möv­zu­sun­da dis­ser­ta­si­ya üzə­rin­də iş­lə­yir. Tə­lə­bə­lik il­lə­rin­də “Bri­ta­ni­ya par­la­men­ti” və “Lin­coln-Do­ug­las” for­mat­la­rın­da debat mü­sa­bi­qə­lə­rin­də ya­rış­mış, “BMT modeli” konf­rans­la­rın­da iş­ti­rak etmiş, 2019-cu ildə Yo­uth­MUN konf­ran­sı­nın “Ən yaxşı nü­ma­yən­də” və UNEC MUN IV konf­ran­sı­nın “Ən yaxşı mövqe sənədi” mü­ka­fat­la­rı­nı qa­zan­mış­dır.

Tələbə və gənclər təşkilatlarında

Av­ro­pa­nın ən böyük kö­nül­lü tələbə təş­ki­la­tı­nın (42 ölkədə 1000-dən çox ali təhsil mü­əs­si­sə­si) milli böl­mə­si olan “Eras­mus Tələbə Şə­bə­kə­si-Azər­bay­can” ic­ti­mai bir­li­yi­nin həm­tə­sis­çi­lə­rin­dən olmuş, 2019–2020-ci il­lər­də milli təm­sil­çi kimi Bu­da­peşt, Lis­sa­bon və İs­tan­bul­da ke­çi­ri­lən bey­nəl­xalq görüş və tə­lim­lər­də ölkəni təmsil etmiş, 2020-ci ilin iyul ayın­dan 2021-ci ilin okt­yabr ayı­na­dək təş­ki­la­tın sədri ol­muş­dur. 2019-cu ildə ADA Uni­ver­si­te­ti­nin Tələbə Hö­ku­mə­ti­nə ümumi təhsil üzrə konsul se­çil­miş, 2020–2021-ci il­lər­də ADA Uni­ver­si­te­tin­də “Mə­lu­mat və he­sab­la­ma ba­ca­rıq­la­rı” fənni üzrə mü­əl­lim kö­mək­çi­si ol­muş­dur. 2020-ci ilin okt­yabr ayında, Vətən mü­ha­ri­bə­si döv­rün­də, “Xu­da­fə­rin Media Mər­kə­zi” la­yi­hə­si­nin təş­ki­lat ko­mi­tə­si­nin üzvü kimi yüz­lər­lə tə­lə­bə­ni əhatə edən tə­lim­lər üçün “Sosial me­di­a­da Qa­ra­bağ mü­na­qi­şə­si­nin tarixi və hüquqi as­pekt­lə­ri­nin çat­dı­rıl­ma­sı” möv­zu­sun­da ma­te­ri­al­la­rın ha­zır­lan­ma­sın­dan məsul ol­muş­dur.

2020–2023-cü il­lər­də öl­kə­nin ali təhsil mü­əs­si­sə­lə­ri­nin tələbə gənc­lər təş­ki­lat­la­rı­nı bir­ləş­di­rən Azər­bay­can Tələbə Gənc­lər Təş­ki­lat­la­rı İt­ti­fa­qın­da şöbə müdiri və baş katib olmuş, res­pub­li­ka­nın bütün re­gi­on­la­rın­da ali və orta ix­ti­sas təh­si­li mü­əs­si­sə­lə­ri­nin tələbə gənc­lər təş­ki­lat­la­rı­nın dövlət gənc­lər si­ya­sə­ti­nin həyata ke­çi­ril­mə­sin­də­ki ro­lu­nun və fə­a­liy­yə­ti­nin sti­mul­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də işləri əla­qə­lən­dir­miş, İt­ti­fa­qı ATƏT-in Var­şa­va İnsan Ölçüsü Konf­ran­sın­da və bir sıra bey­nəl­xalq mö­tə­bər plat­for­ma­lar­da təmsil et­miş­dir. Eyni za­man­da 34 ölkədə fə­a­liy­yət gös­tə­rən qlobal sosial sa­hib­kar­lıq plat­for­ma­sı “Enac­tus”un Azər­bay­can üzrə milli proq­ram di­rek­to­ru ol­muş­dur. 2022-ci ildə San-Xuanda ke­çi­ri­lən “Enac­tus Dünya Kuboku”nda nü­ma­yən­də he­yə­ti­nə rəh­bər­lik etmiş, Azər­bay­can ko­man­da­sı öz ta­ri­xin­də ikinci dəfə dün­ya­nın ən yaxşı 16 ko­man­da­sı sı­ra­sı­na daxil ol­muş­dur. 2020–2024-cü il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı Gənc­lər Təş­ki­lat­la­rı Milli Şu­ra­sı­nın (NAYORA) İdarə He­yə­ti­nin üzvü ol­muş­dur. 2021–2025-ci il­lər­də Gənc­lər Fon­du­nun dəs­tə­yi ilə hər yay 8 həftə ər­zin­də ke­çi­ri­lən, təx­mi­nən 2000 gəncin qa­tıl­dı­ğı re­gi­o­nun ən böyük gənc­lər fes­ti­va­lı “Yay­Fest”in təş­ki­lat ko­mi­tə­si­nin üzvü ol­muş­dur.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı

Pre­zi­dent İlham Əli­ye­vin rəh­bər­li­yi ilə Azər­bay­ca­nın Qo­şul­ma­ma Hə­rə­ka­tı­na sədr­li­yi döv­rün­də ya­ra­dı­lan Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Şə­bə­kə­si­nə 2021-ci ilin okt­yabr ayın­dan, 2022-ci ildə onun əsa­sın­da ya­ra­dıl­mış Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­na isə 2024-cü ilin mart ayı­na­dək sədr­lik et­miş­dir. 25–29 iyul 2022-ci il ta­rix­lə­rin­də Bakıda və Azər­bay­ca­nın mə­də­niy­yət pay­tax­tı Şuşada 61 üzv döv­lət­dən gənc­lə­rin qa­tıl­dı­ğı ilk Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Sam­mi­ti­nin təş­ki­lat ko­mi­tə­si­nə rəh­bər­lik et­miş­dir. Sam­mi­tin Şuşa seq­men­tin­də qəbul edilən “Şuşa Ak­kor­du”na əsasən Şəbəkə Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­na çev­ril­miş­dir.

Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Par­la­ment Şə­bə­kə­si­nin Bakı Konf­ran­sın­da (2022), Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın COVID-19-a qarşı mü­ba­ri­zə üzrə Təmas Qru­pu­nun Bakıda ke­çi­ri­lən zirvə gö­rü­şün­də (2023), habelə təhsil və İKT na­zir­lə­ri­nin gö­rüş­lə­rin­də bə­ya­nat­lar­la çıxış et­miş­dir. 2022-ci ilin noyabr ayında BMT-nin Nyu-York­da­kı mənzil-qə­rar­ga­hın­da Təş­ki­la­tın fə­a­liy­yə­ti barədə ilk bri­fin­qi ke­çir­miş­dir. 2023-cü ilin avqust ayında Ve­ne­su­e­la­nın Ka­ra­kas şə­hə­rin­də Latın Ame­ri­ka­sı və Karib höv­zə­sin­dən olan Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lə­ri­nin 1-ci Re­gi­o­nal Fo­ru­mu­nun təş­ki­li məq­sə­di­lə sə­fər­də ol­muş­dur. Rəh­bər­li­yi döv­rün­də Bakıda ilk dəfə 40-dan artıq öl­kə­nin dip­lo­ma­tik nü­ma­yən­də­li­yi­nin iş­ti­ra­kı ilə Bey­nəl­xalq Xey­riy­yə Yar­mar­ka­sı təşkil edil­miş, Təş­ki­la­tın 18 üzv öl­kə­sin­dən 19 gənc nü­ma­yən­də 2024-cü il növ­bə­dən­kə­nar Pre­zi­dent seç­ki­lə­ri­ni bey­nəl­xalq mü­şa­hi­də­çi kimi iz­lə­miş­dir. Sədr­li­yi­nin so­nun­da Təş­ki­lat 50-dən artıq üzv öl­kə­nin gənc­lə­ri­ni bir­ləş­di­rən, mənzil-qə­rar­ga­hı Bakıda yer­lə­şən bey­nəl­xalq plat­for­ma­ya çev­ril­miş­dir.

Beynəlxalq kürsülərdə

2022-ci il 2 fevral ta­ri­xin­də Möh­tə­rəm Pre­zi­dent İlham Əli­ye­vin iş­ti­ra­kı ilə baş tutan, Azər­bay­can Gənc­lə­ri Gü­nü­nün 25 il­li­yi­nə həsr olun­muş Gənc­lər Fo­ru­mun­da cənab Pre­zi­den­tə kö­nül­lü­lük hə­rə­ka­tı ilə bağlı sual ün­van­la­mış­dır. Həmin il 15 sent­yabr­da Ce­nev­rə­də BMT-nin İnsan Hü­quq­la­rı Şu­ra­sı­nın 51-ci ses­si­ya­sın­da Şu­ra­nın sədri Fe­de­ri­ko Vil­le­qa­sın mo­de­ra­tor­lu­ğu ilə in­ki­şaf hüququ üzrə iki ildən bir ke­çi­ri­lən “35 il sonra: in­ki­şaf hü­qu­qu­nun həyata ke­çi­ril­mə­si­nə aparan si­ya­sət yol­la­rı” möv­zu­sun­da panel mü­za­ki­rə­si­nin mə­ru­zə­çi­lə­rin­dən biri olmuş, 26–30 sent­yabr­da ATƏT-in Var­şa­va İnsan Ölçüsü Konf­ran­sı­nın üç plenar ic­la­sın­da çıxış et­miş­dir. Okt­yabr ayında Dü­şən­bə­də ke­çi­ri­lən “Ter­ro­riz­mə qarşı mü­ba­ri­zə və ter­ror­çu­la­rın hə­rə­kə­ti­nin qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə sərhəd təh­lü­kə­siz­li­yi və ida­rə­çi­li­yi sa­hə­sin­də bey­nəl­xalq və re­gi­o­nal əmək­daş­lıq” möv­zu­sun­da Bey­nəl­xalq yüksək sə­viy­yə­li konf­rans­da ter­ro­riz­mə qarşı mü­ba­ri­zə üzrə “Dü­şən­bə Pro­se­si”nin ilk gənc mə­ru­zə­çi­si ol­muş­dur.

2023-cü ilin fevral ayında Qeyri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Dövlət Dəs­tə­yi Agent­li­yi­nin nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də zəl­zə­lə­dən zərər çəkmiş Kah­ra­man­ma­ra­şa hu­ma­ni­tar mis­si­ya ilə səfər et­miş­dir. Həmin il BMT-nin İq­ti­sa­di və Sosial Şu­ra­sı­nın Nyu-York­da­kı Gənc­lər Fo­ru­mun­da iş­ti­rak etmiş, Qa­hi­rə­də “Bey­nəl­xalq Li­der­lik üçün Nasir Tə­qa­ü­dü” təd­bi­rin­də mə­ru­zə­çi kimi çıxış etmiş, sent­yabr ayında BMT Baş As­samb­le­ya­sı­nın 78-ci ses­si­ya­sın­da Azər­bay­ca­nın rəsmi gənc nü­ma­yən­də­si ol­muş­dur. 7 no­yabr­da Stras­burq­da Avropa Şu­ra­sı­nın 11-ci Ümum­dün­ya De­mok­ra­ti­ya Fo­ru­mun­da “In­ter­na­ti­o­nal Com­mu­nity and De­moc­ra­tic In­se­cu­rity” möv­zu­sun­da forum mü­za­ki­rə­sin­də çıxış etmiş, iş­ğal­dan azad olun­muş əra­zi­lər­də mina prob­le­mi­ni qal­dır­mış, Er­mə­nis­ta­nın mina xə­ri­tə­lə­ri­ni təqdim et­mə­mə­si­nin məc­bu­ri köç­kün­lə­rin öz ev­lə­ri­nə təh­lü­kə­siz qa­yı­dı­şı üçün ciddi əngəl ol­du­ğu­nu diq­qə­tə çat­dır­mış­dır.

Gənclər Fondunda

2024-cü ilin aprel ayın­dan Azər­bay­can Res­pub­li­ka­sı­nın Gənc­lər Fon­dun­da Gənc­lər təş­ki­lat­la­rı ilə iş şö­bə­si­nin müdiri və­zi­fə­si­ni icra etmiş, 2025-ci ilin yanvar ayın­dan okt­yabr ayı­na­dək həmin şöbəyə rəh­bər­lik et­miş­dir. Bu və­zi­fə­də struk­tur qrantı, dövri qrant mü­sa­bi­qə­lə­ri və mü­sa­bi­qə­dən­kə­nar qrant ma­liy­yə­ləş­mə­si va­si­tə­si­lə 100-dən çox gənc­lər təş­ki­la­tı­nın fə­a­liy­yə­ti­nin dəs­tək­lən­mə­si işini təşkil etmiş, qrant ma­liy­yə­ləş­mə­si üzrə nor­ma­tiv-hüquqi ba­za­nın ye­ni­lən­mə­sin­də iş­ti­rak et­miş­dir. COP29 tə­şəb­bü­sü çər­çi­və­sin­də Qlobal Cənub QHT Plat­for­ma­sı­nın təsis olun­ma­sın­da iş­ti­rak etmiş, 2025-ci ilin aprel ayında D-8 öl­kə­lə­ri­nin QHT-lə­ri­nin ilk gö­rü­şün­də yan təd­bi­rə mo­de­ra­tor­luq et­miş­dir. Heydər Əliyev Fon­du­nun vitse-pre­zi­den­ti Leyla Əli­ye­va­nın tə­şəb­bü­sü ilə Xızı ra­yo­nun­da həyata ke­çi­ri­lən “Gənc Arıçı” la­yi­hə­si­nin Gənc­lər Fondu adın­dan ko­or­di­na­to­ru ol­muş­dur.

2024–2025-ci il­lər­də Bakı Dövlət Uni­ver­si­te­ti­nin Hüquq fa­kül­tə­sin­də “Trans­mil­li ci­na­yət hüququ”, 2025–2026-cı il­lər­də “Mə­də­niy­yət sa­hə­sin­də bey­nəl­xalq əmək­daş­lı­ğın hüquqi əsas­la­rı” və “Xarici döv­lət­lə­rin mə­də­niy­yət qa­nun­ve­ri­ci­li­yi” fən­lə­ri üzrə mü­əl­lim kö­mək­çi­si ol­muş­dur.

Mədəni irs və mədəniyyətlərarası dialoq

2025-ci ilin okt­yabr ayın­dan MEMİM-in sektor müdiri kimi Mə­də­niy­yət Na­zir­li­yi­nin Bey­nəl­xalq əmək­daş­lıq şö­bə­si­nə təhkim olun­muş­dur. UNESCO-nun 1970-ci il Kon­ven­si­ya­sı və 1954-cü il Haaqa Kon­ven­si­ya­sı ilə bağlı Mə­də­niy­yət Na­zir­li­yi üzrə əla­qə­lən­di­ri­ci və eks­pert­dir. Bu çər­çi­və­də 1954-cü il Haaqa Kon­ven­si­ya­sı­nın və 1970-ci il Kon­ven­si­ya­sı­nın ic­ra­sı­na dair UNESCO Ka­tib­li­yi­nin sor­ğu­la­rı­na Azər­bay­ca­nın ca­vab­la­rı­nın ha­zır­lan­ma­sın­da mü­tə­ma­di iş­ti­rak edir, Na­zir­lik ilə ICCROM ara­sın­da An­laş­ma Me­mo­ran­du­mu­nun la­yi­hə­si üzə­rin­də iş­lə­miş­dir. Mə­də­niy­yət Na­zir­li­yi­nin Ümum­dün­ya Şə­hər­sal­ma Fo­ru­mu­nun 13-cü ses­si­ya­sın­da (WUF13, Bakı, 2026) təqdim etdiyi, Qa­ra­bağ və Şərqi Zən­gə­zu­run bər­pa­sı təc­rü­bə­si­nə əsas­la­nan SECURE Kon­sep­si­ya­sı­nın me­to­do­lo­ji çər­çi­və­si­nin ha­zır­lan­ma­sın­da iş­ti­rak et­miş­dir. Bey­nəl­xalq Ədalət Məh­kə­mə­sin­də “İrqi ayrı-seç­ki­li­yin bütün for­ma­la­rı­nın ləğv edil­mə­si haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya­nın tət­bi­qi” üzrə “Azər­bay­can Er­mə­nis­ta­na qarşı” və “Er­mə­nis­tan Azər­bay­ca­na qarşı” işləri ilə bağlı mü­va­fiq rəy və sor­ğu­la­rın təmin olun­ma­sı üzrə Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət Na­zir­li­yi tə­rə­fin­dən əla­qə­lən­di­ri­ci­dir.

2025-ci ilin dekabr ayında və 2026-cı ilin may ayında UNESCO-nun Pa­ris­də­ki mənzil-qə­rar­ga­hın­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də 1954-cü il Haaqa Kon­ven­si­ya­sı üzrə ic­las­lar­da, o cüm­lə­dən Si­lah­lı mü­na­qi­şə zamanı mədəni sər­vət­lə­rin qo­run­ma­sı üzrə Ko­mi­tə­nin 20-ci ic­la­sın­da, habelə 1970-ci il Kon­ven­si­ya­sı­nın Yar­dım­çı Ko­mi­tə­si­nin və ICPRCP-nin ses­si­ya­la­rın­da iş­ti­rak et­miş­dir. 2026-cı ilin aprel ayında Qa­zi­an­tep­də ke­çi­ri­lən “Türk mədəni ir­si­nin qo­run­ma­sı və mədəni sər­vət­lə­rin qa­nun­suz döv­riy­yə­si­nə qarşı mü­ba­ri­zə üzrə Stra­te­ji Əmək­daş­lıq Konf­ran­sı və Tex­ni­ki Se­mi­nar”da Daxili İşlər Na­zir­li­yi və Dövlət Gömrük Ko­mi­tə­si­nin nü­ma­yən­də­lə­ri ilə bir­lik­də Azər­bay­ca­nın bu sahədə hüquqi ba­za­sı­nı, iş­ğal­dan azad olun­muş Qa­ra­bağ və Şərqi Zən­gə­zur­da mədəni irsin sə­nəd­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də apa­rı­lan işləri, habelə işğal şə­ra­i­tin­də çı­xa­rıl­mış mədəni sər­vət­lər­lə bağlı hüquqi möv­qe­yi təqdim et­miş­dir. İslam Əmək­daş­lıq Təş­ki­la­tı və Heydər Əliyev Fon­du­nun tə­rəf­daş­lı­ğı ilə ke­çi­ri­lən “İƏT Mə­də­niy­yət Fes­ti­va­lı: Bakı Ya­ra­dı­cı Həftə 2025”in təş­ki­li üzrə işçi qru­pu­nun üzvü kimi Fes­ti­val çər­çi­və­sin­də qəbul edilən “Ya­ra­dı­cı sə­na­ye­lər üzrə Bakı Kom­mü­ni­ke­si”nin ha­zır­lan­ma­sın­da iş­ti­rak etmiş, Pre­zi­dent İlham Əli­ye­vin Sə­rən­ca­mı­nın icrası çər­çi­və­sin­də ke­çi­ri­lən “Türk Dün­ya­sı Həf­tə­si”nin (2026) təş­ki­li üzrə işçi qru­pu­nun üzvü ol­muş­dur.

2026-cı ilin yanvar ayın­dan GUIDE-də Bey­nəl­xalq tə­şəb­büs­lər de­par­ta­men­ti­nə rəh­bər­lik edir. Pre­zi­dent İlham Əli­ye­vin tə­şəb­bü­sü ilə irəli sü­rül­müş “Bakı Pro­se­si” çər­çi­və­sin­də 2026-cı il okt­yab­rın 27–29-da Bakıda baş tu­ta­caq VII Ümum­dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dialoq Fo­ru­mu­nun (Fo­rum­la­rın 15 illik yu­bi­le­yi) təş­ki­li üzrə işçi qru­pu­nun üz­vü­dür, Fo­rum­da 100-dən çox öl­kə­dən gələn qo­naq­lar­la iş üzrə mə­sul­dur və Fo­ru­mun əsas sə­nəd­lə­ri­nin ha­zır­lan­ma­sın­da iş­ti­rak edir. Forum çər­çi­və­sin­də Mə­də­niy­yət Na­zir­li­yi, Gənc­lər və İdman Na­zir­li­yi və BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı ilə birgə 24–26 okt­yabr 2026-cı il ta­rix­lə­rin­də Qubada ke­çi­ri­lə­cək ilk Gənc­lər Fo­ru­mu­nun təş­ki­li­nin əsas əla­qə­lən­di­ri­ci­si, 28 okt­yabr 2026-cı il ta­ri­xin­də Heydər Əliyev Mər­kə­zin­də baş tu­ta­caq, Fo­ru­mun əsas seq­ment­lə­rin­dən biri olan “Gənc­lər Di­a­lo­qu” seq­men­ti­nin ko­or­di­na­to­ru­dur.

Fəaliyyət istiqamətləri

Çoxtərəfli və mədəniyyətlərarası dialoq

“Bakı Pro­se­si”nin ka­tib­li­yin­də bey­nəl­xalq tə­şəb­büs­lə­rə rəh­bər­lik, BMT, ATƏT və Avropa Şurası təd­bir­lə­rin­də çı­xış­lar.

  • GUIDE-də Beynəlxalq təşəbbüslər departamentinin rəhbəri (2026-cı ildən)
  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili üzrə işçi qrupunun üzvü, ilk Gənclər Forumunun əsas əlaqələndiricisi və “Gənclər Dialoqu” seqmentinin koordinatoru (2026)
  • İslam Əməkdaşlıq Təşkilatı və Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025”: təşkili üzrə işçi qrupunun üzvü, “Yaradıcı sənayelər üzrə Bakı Kommünikesi”nin hazırlanmasında iştirak
  • “Türk Dünyası Həftəsi” (2026): təşkili üzrə işçi qrupunun üzvü
  • BMT Baş Assambleyasının 78-ci sessiyasında Azərbaycanın rəsmi gənc nümayəndəsi
  • BMT-nin İnsan Hüquqları Şurasının 51-ci sessiyasında inkişaf hüququ üzrə iki ildən bir keçirilən “35 il sonra: inkişaf hüququnun həyata keçirilməsinə aparan siyasət yolları” mövzusunda panel müzakirəsində məruzəçi
  • ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında üç plenar iclasda çıxış

Mədəni sərvətlərin qorunması

Mədəni sər­vət­lə­rin qa­nun­suz döv­riy­yə­si­nə qarşı mü­ba­ri­zə və si­lah­lı mü­na­qi­şə zamanı mədəni sər­vət­lə­rin qo­run­ma­sı ilə bağlı Mə­də­niy­yət Na­zir­li­yi üzrə əla­qə­lən­di­ri­ci və eks­pert.

  • UNESCO-nun 1970-ci il Konvensiyası və 1954-cü il Haaqa Konvensiyası ilə bağlı Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici və ekspert
  • 1954-cü il Haaqa Konvensiyasının və 1970-ci il Konvensiyasının icrasına dair UNESCO Katibliyinin sorğularına Azərbaycanın cavablarının hazırlanmasında mütəmadi iştirak
  • Nazirlik ilə ICCROM arasında Anlaşma Memorandumunun layihəsi
  • Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi” üzrə “Azərbaycan Ermənistana qarşı” və “Ermənistan Azərbaycana qarşı” işləri ilə bağlı müvafiq rəy və sorğuların təmin olunması üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əlaqələndirici
  • UNESCO-nun mənzil-qərargahında 1954-cü və 1970-ci il konvensiyaları üzrə komitələrin və ICPRCP-nin sessiyaları (2025–2026)

Gənclər sahəsində fəaliyyət

Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­na sədr­lik, tələbə gənc­lər təş­ki­lat­la­rı­nın res­pub­li­ka əra­zi­sin­də fə­a­liy­yə­ti­nin təş­ki­li və əla­qə­lən­di­ril­mə­si, gənc­lər təş­ki­lat­la­rı­nın qrant ma­liy­yə­ləş­mə­si va­si­tə­si­lə dəs­tək­lən­mə­si, Azər­bay­can gənc­lə­ri­nin sosial sa­hib­kar­lıq fə­a­liy­yə­ti­nin in­ki­şa­fı və bey­nəl­xalq gənc­lər plat­for­ma­la­rın­da öl­kə­mi­zin təmsil olun­ma­sı.

  • Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi (2021–2022) və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (2022–2024): sədr
  • 2022-ci ildə Bakı və Şuşada keçirilən ilk Qoşulmama Hərəkatı Gənclər Sammiti və “Şuşa Akkordu”: təşkilat komitəsinin rəhbəri
  • Qoşulmama Hərəkatı Gənclər Təşkilatı: BMT-nin mənzil-qərargahında ilk brifinq (2022)
  • Latın Amerikası və Karib hövzəsindən olan Qoşulmama Hərəkatı Gənclərinin 1-ci Regional Forumu, Karakas (2023)
  • Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı: baş katib (2021–2023), respublikanın bütün regionlarında ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının dövlət gənclər siyasətinin həyata keçirilməsindəki rolunun və fəaliyyətinin stimullaşdırılması
  • Azərbaycan Respublikasının Gənclər Fondu: 100-dən çox gənclər təşkilatına qrant dəstəyi (2024–2025)
  • Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası: İdarə Heyətinin üzvü (2020–2024)
  • “Enactus” Azərbaycan: milli proqram direktoru (2021–2023), Azərbaycan gənclərinin sosial sahibkarlıq fəaliyyətinin inkişafı, “Enactus Dünya Kuboku” 2022: dünyanın ən yaxşı 16 komandası sırasında
  • “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” ictimai birliyi: həmtəsisçi və sədr (2019–2021)

Prezident İlham Əliyevin çıxışlarında

  • Biz uğurla ya­ra­dıl­mış Par­la­ment Plat­for­ma­sı və Gənc­lər Plat­for­ma­sı ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü ilə çıxış etdik. Be­lə­lik­lə, bu, Azər­bay­ca­nın iki mühüm ir­si­dir və biz Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın ins­ti­tu­si­o­nal in­ki­şa­fı və onun təş­ki­la­ta po­ten­si­al trans­for­ma­si­ya­sı is­ti­qa­mə­tin­də fəal iş­lə­dik.

    ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib · · Mənbə: president.az
  • Biz həmin Hə­rə­ka­tın tə­si­sat­lan­ma­sı seq­men­ti­nin güc­lən­di­ril­mə­si­nə ça­lış­dıq və bu­nun­la bağlı da­xil­də şəbəkə ya­rat­dıq, qa­dın­la­rın və gənc­lə­rin təş­ki­lat­la­rı­nı təsis etdik. Bütün bunlar məhz Azər­bay­can tə­rə­fin­dən ya­ra­dı­lıb.

    İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib · · Mənbə: president.az
  • Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Par­la­ment Şə­bə­kə­si və Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Gənc­lər Təş­ki­la­tı təsis edil­miş­dir.

    Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına · · Mənbə: president.az
  • Bundan başqa, 2022-ci ilin iyu­lun­da Şuşa Ra­zı­laş­ma­sı əsa­sın­da Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Gənc­lər Təş­ki­la­tı ya­ra­dı­lıb. Təş­ki­la­tın daimi ka­tib­li­yi Bakıda yer­lə­şə­cək.

    İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib · · Mənbə: president.az
  • Öl­kə­mi­zin sədr­li­yi dö­nə­min­də Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Par­la­ment Şə­bə­kə­si və Gənc­lər Təş­ki­la­tı təsis olunub. Hə­rə­ka­tın 61 illik ta­ri­xin­də ilk dəfə olaraq Şuşada Hə­rə­ka­ta üzv öl­kə­lə­rin gənc­lə­ri­ni bir­ləş­di­rən Gənc­lər Təş­ki­la­tı ya­ra­dıl­dı.

    İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib · · Mənbə: president.az
  • Eyni za­man­da, Gənc­lər Plat­for­ma­sı da ya­ra­dı­lır. Gənc­lər forumu ke­çi­ri­lə­cək və Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Gənc­lər Şə­bə­kə­si ya­ra­dı­la­caq­dır.

    Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyevin nitqi · · Mənbə: president.az
  • Digər vacib bir tə­şəb­büs gənc­lər şə­bə­kə­si­dir. Növ­bə­ti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Gənc­lər Sam­mi­ti ke­çi­ri­lə­cək­dir. Bunlar Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın ins­ti­tu­si­o­nal in­ki­şa­fı üçün atıl­mış ad­dım­lar­dır və hesab edirəm ki, bu is­ti­qa­mət­də prak­ti­ki ad­dım­la­rın atıl­ma­sı üçün vaxt ye­ti­şib.

    İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib · · Mənbə: president.az
  • Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Bakı Zirvə gö­rü­şün­də aldığı man­da­ta əsasən, Azər­bay­can sədr qis­min­də təş­ki­lat üzrə gənc­lə­rin ins­ti­tu­si­o­nal şə­bə­kə­si­nin ya­ra­dıl­ma­sı­nın müm­kün­lü­yü­nü nə­zər­dən ke­çi­rir.

    İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub · · Mənbə: president.az
  • Buna gö­rə­dir ki, Qo­şul­ma­ma Hə­rə­ka­tı ta­ri­xin­də ilk dəfə olaraq Gənc­lər Sam­mi­ti­nin ke­çi­ril­mə­si tə­şəb­bü­sü ilə çıxış et­mi­şik. Ha­zır­kı Zirvə Görüşü ərə­fə­sin­də ke­çi­ril­miş Gənc­lər Sam­mi­tin­də 40 döv­lət­dən öl­kə­mi­zə gəlmiş gənc­lər iş­ti­rak et­miş­lər.

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə İlham Əliyevin nitqi · · Mənbə: president.az

Beynəlxalq təmsilçilik

2019-cu ildən bəri 14 xarici ölkədə 23 bey­nəl­xalq təd­bir­də və iş­gü­zar sə­fər­də iş­ti­rak et­miş­dir. Si­ya­hı­da bu sə­fər­lər Azər­bay­can­da ke­çi­ri­lən bey­nəl­xalq və res­pub­li­ka təd­bir­lə­ri ilə bir­lik­də ve­ri­lir.

2026

  • İran

    “Ər­də­bil Həf­tə­si”, Ər­də­bil, İran İslam Res­pub­li­ka­sı. Azər­bay­can Milli Elmlər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti İsa Hə­bib­bəy­li­nin rəh­bər­lik etdiyi, mə­də­niy­yət na­zi­ri­nin mü­a­vi­ni Fərid Cə­fə­ro­vun və Milli Məc­li­sin de­pu­ta­tı Ceyhun Məm­mə­do­vun daxil olduğu nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də Şeyx Sə­fi­əd­din Ər­də­bi­li Günü təd­bir­lə­rin­də, İranın mə­də­niy­yət və islami irşad naziri Seyid Abbas Salehi və Ər­də­bil vi­la­yə­ti­nin valisi ilə gö­rüş­lər­də iş­ti­rak etmiş, sə­fə­rin nə­ti­cə­lə­ri­nə dair he­sa­ba­tı ha­zır­la­mış­dır.

  • Azər­bay­can

    “Türk Dün­ya­sı Həf­tə­si”, Bakı və Qa­ra­bağ. Pre­zi­dent İlham Əli­ye­vin “Bi­rin­ci Tür­ko­lo­ji Qu­rul­ta­yın 100 illik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da” 2025-ci il 22 okt­yabr ta­rix­li Sə­rən­ca­mı­nın icrası çər­çi­və­sin­də Mə­də­niy­yət Na­zir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə 29 iyun – 3 iyul ta­rix­lə­rin­də ke­çi­ri­lən Həf­tə­nin təş­ki­li üzrə işçi qru­pu­nun üzvü kimi açılış mə­ra­si­mi­nin sse­na­ri­si­ni, habelə iş­ti­rak­çı­la­rın və proq­ra­mın idarə olun­ma­sı üçün rə­qəm­sal plat­for­ma­nı ha­zır­la­mış­dır.

  • Fransa

    UNESCO-nun mənzil-qə­rar­ga­hı, Paris. Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də Mə­də­niy­yət Na­zir­li­yi­ni təmsil edərək 1970-ci il Kon­ven­si­ya­sı­nın Azər­bay­ca­nın 2023–2027-ci illər üçün üzv se­çil­di­yi Yar­dım­çı Ko­mi­tə­si­nin 14-cü ses­si­ya­sın­da və Mədəni sər­vət­lə­rin mənşə öl­kə­lə­ri­nə qay­ta­rıl­ma­sı­nın və ya qa­nun­suz mə­nim­sə­nil­mə ha­lın­da res­ti­tu­si­ya­sı­nın təş­vi­qi üzrə Hö­ku­mət­lə­ra­ra­sı Ko­mi­tə­nin (ICPRCP, 2025–2029) 25-ci ses­si­ya­sın­da iş­ti­rak et­miş­dir.

  • Tür­ki­yə

    “Türk mədəni ir­si­nin qo­run­ma­sı və mədəni sər­vət­lə­rin qa­nun­suz döv­riy­yə­si­nə qarşı mü­ba­ri­zə üzrə Stra­te­ji Əmək­daş­lıq Konf­ran­sı və Tex­ni­ki Se­mi­nar”, Qa­zi­an­tep, Tür­ki­yə. Mə­də­niy­yət Na­zir­li­yi­ni təmsil edərək Daxili İşlər Na­zir­li­yi və Dövlət Gömrük Ko­mi­tə­si­nin nü­ma­yən­də­lə­ri ilə bir­lik­də Azər­bay­ca­nın bu sahədə hüquqi ba­za­sı­nı və ins­ti­tu­si­o­nal ya­naş­ma­sı­nı, iş­ğal­dan azad olun­muş Qa­ra­bağ və Şərqi Zən­gə­zur­da mədəni irsin sə­nəd­ləş­di­ril­mə­si və bey­nəl­xalq ax­ta­rı­şı is­ti­qa­mə­tin­də apa­rı­lan işləri, habelə UNESCO-nun 1970-ci il Kon­ven­si­ya­sı­nın 11-ci mad­də­si kon­teks­tin­də işğal şə­ra­i­tin­də çı­xa­rıl­mış mədəni sər­vət­lər­lə bağlı hüquqi möv­qe­yi təqdim et­miş­dir.

2025

  • Azər­bay­can

    “İƏT Mə­də­niy­yət Fes­ti­va­lı: Bakı Ya­ra­dı­cı Həftə 2025”, Bakı. İslam Əmək­daş­lıq Təş­ki­la­tı və Heydər Əliyev Fon­du­nun tə­rəf­daş­lı­ğı ilə ke­çi­ri­lən Fes­ti­va­lın təş­ki­li üzrə işçi qru­pu­nun üzvü kimi “Ya­ra­dı­cı sə­na­ye­lər üzrə Bakı Kom­mü­ni­ke­si”nin ha­zır­lan­ma­sı və açılış mə­ra­si­mi­nin sse­na­ri­si üzə­rin­də iş­lə­miş­dir.

  • Fransa

    UNESCO-nun mənzil-qə­rar­ga­hı, Paris. Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də Mə­də­niy­yət Na­zir­li­yi­ni təmsil edərək “Si­lah­lı mü­na­qi­şə zamanı mədəni sər­vət­lə­rin qo­run­ma­sı haq­qın­da” 1954-cü il Haaqa Kon­ven­si­ya­sı və onun 1999-cu il İkinci Pro­to­ko­lu üzrə ic­las­lar­da, o cüm­lə­dən Si­lah­lı mü­na­qi­şə zamanı mədəni sər­vət­lə­rin qo­run­ma­sı üzrə Ko­mi­tə­nin 20-ci ic­la­sın­da iş­ti­rak et­miş­dir.

  • Azər­bay­can

    MDB öl­kə­lə­ri­nin Gənc­lər Dü­şər­gə­si­nin bağ­la­nış mə­ra­si­mi, Laçın. Gənc­lər Fondu adın­dan çıxış et­miş­dir.

    Report.azNAYORA

  • Azər­bay­can

    Gənc­lər üçün süni in­tel­lekt forumu, Bakı. Gənc­lər Fon­du­nun şöbə müdiri kimi panel mü­za­ki­rə­sin­də çıxış et­miş­dir.

  • Azər­bay­can

    “Həmrəy fə­a­liy­yət: yeni və əda­lət­li dünya üçün Qlobal Cənub QHT-lə­ri­nin güc­lən­di­ril­mə­si” forumu, Bakı. D-8 öl­kə­lə­ri­nin QHT-lə­ri­nin ilk görüşü zamanı “Sər­həd­lə­ri aşmaq: fi­ra­van gə­lə­cək naminə D-8 əmək­daş­lı­ğı” adlı yan təd­bi­rə mo­de­ra­tor­luq et­miş­dir.

    AZƏRTAC (EN)AZƏRTAC

2024

  • İta­li­ya

    “Ins­pi­re. Impact. Change.” Avropa Mə­zun­lar Forumu, Roma. ADA Uni­ver­si­te­ti və Azər­bay­can­lı Tə­lə­bə­lər və Mə­zun­lar Plat­for­ma­sı­nın (ASAP) birgə təşkil etdiyi, Gənc­lər Fon­du­nun tə­rəf­daş olduğu Fo­rum­da şöbə mü­di­ri­nin və­zi­fə­si­ni icra edən kimi iş­ti­rak et­miş­dir.

  • Azər­bay­can

    Azər­bay­ca­nın ev sa­hib­li­yi etdiyi BMT-nin İqlim Də­yiş­mə­lə­ri üzrə Çər­çi­və Kon­ven­si­ya­sı­nın Tə­rəf­lər Konf­ran­sı­nın 29-cu ses­si­ya­sı (COP29), Bakı. Mavi və Yaşıl zo­na­lar­da ke­çi­ri­lən təd­bir­lər­də iş­ti­rak et­miş­dir.

  • Qa­za­xıs­tan

    “Enac­tus Dünya Kuboku 2024”, Astana, Qa­za­xıs­tan. Münsif kimi iş­ti­rak et­miş­dir.

  • Azər­bay­can

    “Yaşıl iq­ti­sa­diy­yat­da süni in­tel­lekt” möv­zu­sun­da ha­ka­ton, Bakı. Gənc­lər Fon­du­nun şöbə müdiri kimi iş­ti­rak et­miş­dir.

  • Azər­bay­can

    “Gənc li­der­lər va­si­tə­si­lə ətraf mühit si­ya­sə­ti­nin dəs­tək­lən­mə­si” Bey­nəl­xalq Gənc­lər Forumu, Bakı. Pre­zi­dent İlham Əliyev tə­rə­fin­dən “Yaşıl dünya naminə həm­rəy­lik ili” elan edil­miş 2024-cü ildə 18 öl­kə­dən gənc­lə­rin qa­tıl­dı­ğı Fo­rum­da Gənc­lər Fon­du­nun şöbə mü­di­ri­nin və­zi­fə­si­ni icra edən kimi açılış nitqi ilə çıxış et­miş­dir.

    AZƏRTACReport.az

  • Azər­bay­can

    ATGTİ-nin təş­ki­lat­çı­lı­ğı ilə min­lər­lə gəncin iş­ti­ra­kı ilə ke­çi­ri­lən “A+” məzun şən­li­yi, Bakı. Gənc­lər Fondu adın­dan iş­ti­rak et­miş­dir.

  • Azər­bay­can

    Bey­nəl­xalq Li­der­lik və Dip­lo­ma­ti­ya Konf­ran­sı, Şuşa. Şuşada İƏT-in 10-cu Gənc­lər Pay­tax­tı­nın açılış təd­bir­lə­ri çər­çi­və­sin­də ke­çi­ri­lən Konf­rans­da “İqlim di­a­loq­la­rı­nın in­ki­şa­fın­da gənc­lə­rin rolu” ses­si­ya­sı­na mo­de­ra­tor­luq et­miş­dir.

2023

  • Fransa

    11-ci Ümum­dün­ya De­mok­ra­ti­ya Forumu, Avropa Şurası, Stras­burq. “In­ter­na­ti­o­nal Com­mu­nity and De­moc­ra­tic In­se­cu­rity” möv­zu­sun­da forum mü­za­ki­rə­sin­də çıxış edərək iş­ğal­dan azad olun­muş əra­zi­lər­də mina prob­le­mi­ni qal­dır­mış, Er­mə­nis­ta­nın mina xə­ri­tə­lə­ri­ni təqdim et­mə­mə­si­nin məc­bu­ri köç­kün­lə­rin təh­lü­kə­siz şə­kil­də öz ev­lə­ri­nə qa­yıt­ma­sı­na ciddi əngəl ol­du­ğu­nu diq­qə­tə çat­dır­mış­dır.

  • ABŞ

    BMT Baş As­samb­le­ya­sı­nın 78-ci ses­si­ya­sı üzrə yüksək sə­viy­yə­li həftə və Da­ya­nıq­lı İn­ki­şaf Məq­səd­lə­ri üzrə Sammit (SDG Sam­mi­ti), Nyu-York. Azər­bay­ca­nın rəsmi gənc nü­ma­yən­də­si kimi iş­ti­rak etmiş və bir sıra gö­rüş­lər ke­çir­miş­dir.

  • Ve­ne­su­e­la

    Latın Ame­ri­ka­sı və Karib höv­zə­sin­dən olan Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lə­ri­nin 1-ci Re­gi­o­nal Forumu, Ka­ra­kas, Ve­ne­su­e­la. Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın sədri kimi Fo­ru­mun təş­ki­li məq­sə­di­lə sə­fər­də ol­muş­dur.

    Xinhua (Spa­nish)

  • Azər­bay­can

    “Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lə­ri­nin Şuşa Həf­tə­si”, Azər­bay­ca­nın mə­də­niy­yət pay­tax­tı Şuşa. Şuşa Ak­kor­du­nun bi­rin­ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə Xarici İşlər Na­zir­li­yi və Gənc­lər və İdman Na­zir­li­yi­nin dəs­tə­yi ilə ke­çi­ri­lən la­yi­hə­nin açılış mə­ra­si­min­də Təş­ki­la­tın sədri kimi nitq söy­lə­miş, in­te­rak­tiv ses­si­ya­ya və bağ­la­nış mə­ra­si­mi­nə mo­de­ra­tor­luq et­miş­dir.

  • Misir

    “Bey­nəl­xalq Li­der­lik üçün Nasir Tə­qa­ü­dü”, Qahirə, Misir. Təd­bir­də mə­ru­zə­çi kimi çıxış etmiş və bir sıra iş­gü­zar gö­rüş­lər ke­çir­miş­dir.

    Nasser Youth Mo­ve­ment

  • Azər­bay­can

    Qo­şul­ma­ma Hə­rə­ka­tı­na üzv döv­lət­lə­rin in­for­ma­si­ya və kom­mu­ni­ka­si­ya mə­sə­lə­lə­ri­nə ca­vab­deh na­zir­lə­ri­nin görüşü (vir­tu­al). Rə­qəm­sal İn­ki­şaf və Nəq­liy­yat Na­zir­li­yi­nin təşkil etdiyi, Da­ya­nıq­lı İn­ki­şaf Məq­səd­lə­ri­nin həyata ke­çi­ril­mə­si çər­çi­və­sin­də İKT inf­rast­ruk­tu­ru­nun in­ki­şa­fı­na həsr olun­muş gö­rüş­də Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın sədri kimi çıxış et­miş­dir.

  • ABŞ

    BMT-nin İq­ti­sa­di və Sosial Şu­ra­sı­nın Gənc­lər Forumu, Nyu-York. Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də iş­ti­rak etmiş, Forum çər­çi­və­sin­də Təş­ki­lat və NAYORA-nın birgə təşkil etdiyi “COVID-19-dan bərpa: QHGT gənc­lə­ri­nin pers­pek­tiv­lə­ri” təd­bi­rin­də çıxış etmiş və bir sıra iş­gü­zar gö­rüş­lər ke­çir­miş­dir.

    azer­tag.az

  • Azər­bay­can

    Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın COVID-19-a qarşı mü­ba­ri­zə üzrə Təmas Qru­pu­nun zirvə görüşü, Bakı. Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın sədri kimi bə­ya­nat­la çıxış et­miş­dir.

  • Azər­bay­can

    “Kor­si­ka mə­sə­lə­si və təməl insan hü­quq­la­rı­nın po­zul­ma­sı” möv­zu­sun­da ic­ti­mai mü­za­ki­rə, Bakı. Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın sədri kimi çıxış et­miş­dir.

    AZƏRTAC

  • Tür­ki­yə

    Zəl­zə­lə böl­gə­si­nə hu­ma­ni­tar mis­si­ya, Kah­ra­man­ma­raş, Tür­ki­yə. Qeyri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Dövlət Dəs­tə­yi Agent­li­yi­nin nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də ev­lə­ri­ni itirən ai­lə­lə­rə hu­ma­ni­tar yar­dı­mın çat­dı­rıl­ma­sın­da iş­ti­rak et­miş­dir.

2022

  • ABŞ

    QHGT-nin fə­a­liy­yə­ti ilə bağlı bri­finq, BMT-nin mənzil-qə­rar­ga­hı, Nyu-York. Təş­ki­la­tın sədri kimi üzv döv­lət­lə­rin nü­ma­yən­də­lə­ri­ni mə­lu­mat­lan­dır­mış və on­la­rın su­al­la­rı­nı ca­vab­lan­dır­mış­dır.

    Azər­bay­can Res­pub­li­ka­sı­nın Gənc­lər Fondu

  • Azər­bay­can

    Qo­şul­ma­ma Hə­rə­ka­tı­na üzv döv­lət­lə­rin təhsil na­zir­lə­ri­nin görüşü (onlayn). Elm və Təhsil Na­zir­li­yi­nin təşkil etdiyi gö­rüş­də Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Təş­ki­la­tı­nın sədri kimi çıxış et­miş­dir.

  • ABŞ

    “Enac­tus Dünya Kuboku 2022”, San-Xuan, Puerto-Riko (ABŞ). Nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri kimi iş­ti­rak et­miş­dir. Azər­bay­can ko­man­da­sı dünya üzrə ən yaxşı 16 ko­man­da sı­ra­sı­na daxil olaraq ya­rım­fi­nal mər­hə­lə­si­nə yük­səl­miş­dir.

  • Ta­ci­kis­tan

    “Ter­ro­riz­mə qarşı mü­ba­ri­zə və ter­ror­çu­la­rın hə­rə­kə­ti­nin qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə sərhəd təh­lü­kə­siz­li­yi və ida­rə­çi­li­yi sa­hə­sin­də bey­nəl­xalq və re­gi­o­nal əmək­daş­lıq” möv­zu­sun­da Bey­nəl­xalq yüksək sə­viy­yə­li konf­rans, Dü­şən­bə, Ta­ci­kis­tan. Ta­ci­kis­tan Hö­ku­mə­ti, BMT-nin Ter­ror­çu­luq­la Mü­ba­ri­zə İda­rə­si və digər BMT qu­rum­la­rı, ATƏT və Avropa İt­ti­fa­qı­nın birgə təşkil etdiyi konf­rans­da 2018-ci ildən həyata ke­çi­ri­lən “Dü­şən­bə Pro­se­si”nin ilk gənc mə­ru­zə­çi­si olmuş, ter­ro­riz­min qar­şı­sı­nın alın­ma­sın­da cə­miy­yə­tin bütün tə­bə­qə­lə­ri­nin iş­ti­ra­kı və ra­di­kal­laş­ma­ya qarşı mü­ba­ri­zə­də gənc­lə­rin rolu barədə bə­ya­nat­la çıxış et­miş­dir.

    İn­terP­ress

  • Polşa

    ATƏT-in Var­şa­va İnsan Ölçüsü Konf­ran­sı, Var­şa­va. Və­tən­daş cə­miy­yə­ti­nin gənc nü­ma­yən­də­si kimi fun­da­men­tal hüquq və azad­lıq­lar, irq­çi­lik, kse­no­fo­bi­ya, ayrı-seç­ki­lik və fikir azad­lı­ğı­na dair üç plenar ic­las­da çıxış et­miş­dir.

    videovideovideo

  • İs­veç­rə

    BMT-nin İnsan Hü­quq­la­rı Şu­ra­sı­nın 51-ci ses­si­ya­sı, Ce­nev­rə. Şu­ra­nın sədri Fe­de­ri­ko Vil­le­qa­sın mo­de­ra­tor­lu­ğu ilə in­ki­şaf hüququ üzrə iki ildən bir ke­çi­ri­lən “35 il sonra: in­ki­şaf hü­qu­qu­nun həyata ke­çi­ril­mə­si­nə aparan si­ya­sət yol­la­rı” möv­zu­sun­da panel mü­za­ki­rə­sin­də mə­ru­zə­çi­lər­dən biri ol­muş­dur.

    video

  • Azər­bay­can

    Qo­şul­ma­ma Hə­rə­ka­tı­nın Par­la­ment Şə­bə­kə­si­nin Bakı Konf­ran­sı, Bakı. Qo­şul­ma­ma Hə­rə­ka­tı Gənc­lər Şə­bə­kə­si adın­dan çıxış et­miş­dir.

  • Fransa

    “50-50” təlimi, Avropa Şu­ra­sı­nın Avropa Gənc­lər Mər­kə­zi, Stras­burq. Gənc­lə­rin öz hü­quq­la­rın­dan is­ti­fa­də im­kan­la­rı­na həsr olun­muş tə­li­min iş­ti­rak­çı­sı ol­muş­dur.

    coe.int

  • Azər­bay­can

    “Enac­tus Net­work Le­a­ders­hip Summit 2022” (Enac­tus Şəbəkə Li­der­lə­ri Sam­mi­ti), Bakı. Təd­bi­rin təş­ki­lat ko­mi­tə­si­nin üzvü ol­muş­dur.

  • Azər­bay­can

    Azər­bay­can Gənc­lə­ri Gü­nü­nün 25 il­li­yi­nə həsr olun­muş Gənc­lər Forumu. Möh­tə­rəm Pre­zi­dent İlham Əli­ye­vin iş­ti­ra­kı ilə baş tutan Fo­rum­da cənab Pre­zi­den­tə kö­nül­lü­lük hə­rə­ka­tı ilə bağlı sual ün­van­la­mış­dır.

    pre­si­dent.az (Pre­zi­den­tin rəsmi saytı) rəsmi mənbəvideoAZƏRTAC

  • Azər­bay­can

    Çin-ŞƏT-Av­ra­si­ya Gənc Li­der­lər Di­a­lo­qu, Pekin. Azər­bay­can Tələbə Gənc­lər Təş­ki­lat­la­rı İt­ti­fa­qı­nın baş katibi kimi vi­de­o­mü­ra­ci­ət­lə çıxış et­miş­dir.

    videoChina Daily

2021

  • Tür­ki­yə

    “Türk Şurası Media Forumu”, İs­tan­bul, Tür­ki­yə. Fo­rum­da iş­ti­rak et­miş­dir.

  • Qır­ğı­zıs­tan

    Türk Şu­ra­sı­nın (indiki Türk Döv­lət­lə­ri Təş­ki­la­tı) Gənc Li­der­lər Forumu, Oş, Qır­ğı­zıs­tan. Fo­rum­da iş­ti­rak et­miş­dir.

2020

  • Tür­ki­yə

    Eras­mus Tələbə Şə­bə­kə­si­nin bey­nəl­xalq görüş və tə­lim­lə­ri, İs­tan­bul, Tür­ki­yə. Milli təm­sil­çi kimi Azər­bay­ca­nı təmsil et­miş­dir.

2019

  • Por­tu­qa­li­ya

    Eras­mus Tələbə Şə­bə­kə­si­nin bey­nəl­xalq görüş və tə­lim­lə­ri, Lis­sa­bon, Por­tu­qa­li­ya. Milli təm­sil­çi kimi Azər­bay­ca­nı təmsil et­miş­dir.

  • Ma­ca­rıs­tan

    “ESN­gen­der Check-up” təd­qi­qat ses­si­ya­sı, Avropa Gənc­lər Mər­kə­zi, Bu­da­peşt. Avropa Şurası və Eras­mus Tələbə Şə­bə­kə­si­nin birgə təşkil etdiyi ses­si­ya­da iş­ti­rak et­miş­dir.

    coe.intesn.org

  • Azər­bay­can

    Dip­lo­ma­tik xidmət or­qan­la­rı­nın 100 il­li­yi­nə həsr olun­muş Dip­lo­ma­ti­ya Həf­tə­si, Bakı. ADA Uni­ver­si­te­ti və Xarici İşlər Na­zir­li­yi tə­rə­fin­dən ke­çi­ri­lən proq­ra­mın məzunu ol­muş­dur.

Çıxışlar və müsahibələr

Gənc­lər Fo­ru­mun­da Pre­zi­dent İlham Əli­ye­və sual

iTV yayımı (öz nüs­xə­si), 2 fevral 2022

Azər­bay­can Gənc­lə­ri Gü­nü­nün 25 il­li­yi­nə həsr olun­muş Gənc­lər Fo­ru­mun­da Möh­tə­rəm Pre­zi­dent İlham Əli­ye­və kö­nül­lü­lük hə­rə­ka­tı ilə bağlı sualı və cənab Pre­zi­den­tin cavabı (iTV, 5 dəqiqə 45 saniyə).

Mətbuatda

2025

2024

2023

2022

2021