Orduxan Qəhrəmanzadə

Fəaliyyət istiqamətləri

Mədəni sərvətlərin qorunması

Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması ilə bağlı Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici və ekspert.

  • UNESCO-nun 1970-ci il Konvensiyası və 1954-cü il Haaqa Konvensiyası ilə bağlı Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici
  • 1954-cü il Haaqa Konvensiyasının icrasına dair UNESCO Katibliyinin sorğularına Azərbaycanın cavablarının hazırlanmasında mütəmadi iştirak
  • Nazirlik ilə ICCROM arasında Anlaşma Memorandumunun layihəsi
  • Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” və “Ermənistan Azərbaycana qarşı” işlərində Mədəniyyət Nazirliyi üzrə əlaqələndirici
  • UNESCO-nun mənzil-qərargahında Yardımçı Komitənin və ICPRCP-nin sessiyaları (2026)

Çoxtərəfli və mədəniyyətlərarası dialoq

“Bakı Prosesi”nin katibliyində beynəlxalq təşəbbüslərə rəhbərlik, BMT, ATƏT və Avropa Şurası tədbirlərində çıxışlar.

  • GUIDE-də Beynəlxalq təşəbbüslər departamentinin rəhbəri (2026-cı ildən)
  • “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” və “Türk Dünyası Həftəsi” (2026) təşkilat komitələrinin üzvü
  • BMT Baş Assambleyasının 78-ci sessiyasında rəsmi gənc nümayəndə
  • BMT-nin İnsan Hüquqları Şurasının 51-ci sessiyasında panel müzakirəsində məruzəçi
  • ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında üç plenar iclasda çıxış

Gənclər sahəsində fəaliyyət

Qoşulmama Hərəkatının Gənclər Təşkilatına sədrlik, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icra fəaliyyətinə rəhbərlik, gənclər təşkilatlarının qrant maliyyələşməsi vasitəsilə dəstəklənməsi və beynəlxalq gənclər platformalarında ölkəmizin təmsil olunması.

  • Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi (2021–2022) və Gənclər Təşkilatı (2022–2024): sədr
  • Qoşulmama Hərəkatının ilk Gənclər Sammiti (Bakı və Şuşa, 2022) və “Şuşa Akkordu”: təşkilat komitəsinin rəhbəri
  • Qoşulmama Hərəkatının Gənclər Təşkilatı: BMT-nin mənzil-qərargahında ilk brifinq (2022)
  • Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı: baş katib (2021–2023), tələbə gənclər təşkilatlarının yerlərdə dövlət gənclər siyasətinin həyata keçirilməsindəki rolunun stimullaşdırılması
  • Azərbaycan Respublikasının Gənclər Fondu: 100-dən çox gənclər təşkilatına qrant dəstəyi (2024–2025)
  • Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası: İdarə Heyətinin üzvü (2020–2024)
  • “Enactus” Azərbaycan: milli proqram direktoru (2021–2023)
  • “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan”: həmtəsisçi və sədr (2019–2021)

Prezident İlham Əliyevin çıxışlarında

  • Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik.

    ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib · · Mənbə: president.az
  • Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb.

    İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib · · Mənbə: president.az
  • Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir.

    Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına · · Mənbə: president.az
  • Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.

    İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib · · Mənbə: president.az
  • Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı.

    İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib · · Mənbə: president.az
  • Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır.

    Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə İlham Əliyevin nitqi · · Mənbə: president.az
  • Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib.

    İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib · · Mənbə: president.az
  • Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.

    İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı təqdim olunub · · Mənbə: president.az
  • Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.

    Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə İlham Əliyevin nitqi · · Mənbə: president.az

Beynəlxalq təmsilçilik

2019-cu ildən bəri 14 xarici ölkədə 22 beynəlxalq tədbirdə və işgüzar səfərdə iştirak etmişdir. Siyahıda bu səfərlər Azərbaycanda keçirilən beynəlxalq və respublika tədbirləri ilə birlikdə verilir.

  • ABŞ2022, 2023
  • Fransa2022, 2023, 2026
  • İran2026
  • İsveçrə2022
  • İtaliya2024
  • Macarıstan2019
  • Misir2023
  • Polşa2022
  • Portuqaliya2019
  • Qazaxıstan2024
  • Qırğızıstan2021
  • Tacikistan2022
  • Türkiyə2020, 2021, 2023, 2026
  • Venesuela2023

2026

  • İran

    “Ərdəbil Həftəsi”, Ərdəbil, İran İslam Respublikası. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun və Milli Məclisin deputatı Ceyhun Məmmədovun daxil olduğu nümayəndə heyətinin tərkibində Şeyx Səfiəddin Ərdəbili Günü tədbirlərində, İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi və Ərdəbil vilayətinin valisi ilə görüşlərdə iştirak etmiş, səfərin nəticələrinə dair hesabatı hazırlamışdır.

  • Azərbaycan

    “Türk Dünyası Həftəsi”, Bakı və Qarabağ. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının icrası çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 29 iyun – 3 iyul tarixlərində keçirilən Həftənin təşkilat komitəsinin üzvü kimi açılış mərasiminin ssenarisini, habelə iştirakçıların və proqramın idarə olunması üçün rəqəmsal platformanı hazırlamışdır.

  • Fransa

    UNESCO-nun mənzil-qərargahı, Paris. Azərbaycan nümayəndə heyətinin tərkibində Mədəniyyət Nazirliyini təmsil edərək 1970-ci il Konvensiyasının Azərbaycanın 2023–2027-ci illər üçün üzv seçildiyi Yardımçı Komitəsinin 14-cü sessiyasında və Mədəni sərvətlərin mənşə ölkələrinə qaytarılmasının və ya qanunsuz mənimsənilmə halında restitusiyasının təşviqi üzrə Hökumətlərarası Komitənin (ICPRCP, 2025–2029) 25-ci sessiyasında iştirak etmişdir.

  • Türkiyə

    “Türk mədəni irsinin qorunması və mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Strateji Əməkdaşlıq Konfransı və Texniki Seminar”, Qaziantep, Türkiyə. Mədəniyyət Nazirliyini təmsil edərək Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə Azərbaycanın bu sahədə hüquqi bazasını və institusional yanaşmasını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin sənədləşdirilməsi və beynəlxalq axtarışı istiqamətində aparılan işləri, habelə UNESCO-nun 1970-ci il Konvensiyasının 11-ci maddəsi kontekstində işğal şəraitində çıxarılmış mədəni sərvətlərlə bağlı hüquqi mövqeyi təqdim etmişdir.

2025

  • Azərbaycan

    “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025”, Bakı. İslam Əməkdaşlıq Təşkilatı və Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə keçirilən Festivalın təşkilat komitəsinin üzvü kimi “Yaradıcı sənayelər üzrə Bakı Kommünikesi”nin hazırlanması və açılış mərasiminin ssenarisi üzərində işləmişdir.

  • Azərbaycan

    MDB ölkələrinin Gənclər Düşərgəsinin bağlanış mərasimi, Laçın. Gənclər Fondu adından çıxış etmişdir.

    Report.azNAYORA

  • Azərbaycan

    Gənclər üçün süni intellekt forumu, Bakı. Gənclər Fondunun şöbə müdiri kimi panel müzakirəsində çıxış etmişdir.

  • Azərbaycan

    “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı, Bakı. D8 ölkələrinin QHT-lərinin ilk görüşü zamanı “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı yan tədbirə moderatorluq etmişdir.

    AZƏRTAC (EN)AZƏRTAC

2024

  • İtaliya

    “Inspire. Impact. Change.” Avropa Məzunlar Forumu, Roma. ADA Universiteti və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkil etdiyi, Gənclər Fondunun tərəfdaş olduğu Forumda şöbə müdirinin vəzifəsini icra edən kimi iştirak etmişdir.

  • Azərbaycan

    Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Bakı. Mavi və Yaşıl zonalarda keçirilən tədbirlərdə iştirak etmişdir.

  • Qazaxıstan

    “Enactus Dünya Kuboku 2024”, Astana, Qazaxıstan. Münsif kimi iştirak etmişdir.

  • Azərbaycan

    “Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton, Bakı. Gənclər Fondunun şöbə müdiri kimi iştirak etmişdir.

  • Azərbaycan

    “Gənc liderlər vasitəsilə ətraf mühit siyasətinin dəstəklənməsi” Beynəlxalq Gənclər Forumu, Bakı. Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ildə 18 ölkədən gənclərin qatıldığı Forumda Gənclər Fondunun şöbə müdirinin vəzifəsini icra edən kimi açılış nitqi ilə çıxış etmişdir.

    AZƏRTACReport.az

  • Azərbaycan

    ATGTİ-nin təşkilatçılığı ilə minlərlə gəncin iştirakı ilə keçirilən “A+” məzun şənliyi, Bakı. Gənclər Fondu adından iştirak etmişdir.

  • Azərbaycan

    Beynəlxalq Liderlik və Diplomatiya Konfransı, Şuşa. Şuşada İƏT-in 10-cu Gənclər Paytaxtının açılış tədbirləri çərçivəsində keçirilən Konfransda “İqlim dialoqlarının inkişafında gənclərin rolu” sessiyasına moderatorluq etmişdir.

2023

  • Fransa

    11-ci Ümumdünya Demokratiya Forumu, Avropa Şurası, Strasburq. “International Community and Democratic Insecurity” mövzusunda forum müzakirəsində çıxış edərək işğaldan azad olunmuş ərazilərdə mina problemini qaldırmış, Ermənistanın mina xəritələrini təqdim etməməsinin məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına ciddi əngəl olduğunu diqqətə çatdırmışdır.

  • ABŞ

    BMT Baş Assambleyasının 78-ci sessiyası üzrə yüksək səviyyəli həftə və SDG Sammiti, Nyu-York. Azərbaycanın rəsmi gənc nümayəndəsi kimi iştirak etmiş və bir sıra görüşlər keçirmişdir.

  • Venesuela

    Latın Amerikası və Karib hövzəsindən olan Qoşulmama Hərəkatı Gənclərinin 1-ci Regional Forumu, Karakas, Venesuela. Forumun təşkili məqsədilə səfərdə olmuşdur.

    Xinhua (Spanish)

  • Azərbaycan

    “Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi”, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa. Şuşa Akkordunun birinci ildönümü münasibətilə Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihənin açılış mərasimində Təşkilatın sədri kimi nitq söyləmiş, interaktiv sessiyaya və bağlanış mərasiminə moderatorluq etmişdir.

  • Misir

    “Beynəlxalq Liderlik üçün Nasir Təqaüdü”, Qahirə, Misir. Tədbirdə məruzəçi kimi çıxış etmiş və bir sıra işgüzar görüşlər keçirmişdir.

    Nasser Youth Movement

  • ABŞ

    BMT-nin İqtisadi və Sosial Şurasının Gənclər Forumu, Nyu-York. Qoşulmama Hərəkatının Gənclər Təşkilatının nümayəndə heyətinin tərkibində iştirak etmiş, Forum çərçivəsində Təşkilat və NAYORA-nın birgə təşkil etdiyi “COVID-19-dan bərpa: QHGT gənclərinin perspektivləri” tədbirində çıxış etmiş və bir sıra işgüzar görüşlər keçirmişdir.

    azertag.az

  • Azərbaycan

    “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda ictimai müzakirə, Bakı. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri kimi çıxış etmişdir.

    AZƏRTAC

  • Türkiyə

    Zəlzələ bölgəsinə humanitar missiya, Kahramanmaraş, Türkiyə. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətinin tərkibində evlərini itirən ailələrə humanitar yardımın çatdırılmasında iştirak etmişdir.

2022

  • ABŞ

    QHGT-nin fəaliyyəti ilə bağlı brifinq, BMT-nin mənzil-qərargahı, Nyu-York. Təşkilatın sədri kimi üzv dövlətlərin nümayəndələrini məlumatlandırmış və onların suallarını cavablandırmışdır.

    Azərbaycan Respublikasının Gənclər Fondu

  • ABŞ

    “Enactus Dünya Kuboku 2022”, San-Xuan, Puerto-Riko (ABŞ). Nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir. Azərbaycan komandası dünya üzrə ən yaxşı 16 komanda sırasına daxil olaraq yarımfinal mərhələsinə yüksəlmişdir.

  • Tacikistan

    “Beynəlxalq və regional sərhəd təhlükəsizliyi və terrorizmin qarşısının alınması” mövzusunda yüksək səviyyəli konfrans, Düşənbə, Tacikistan. BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin tərəfdaşlığı ilə keçirilən konfransda Düşənbə Prosesi çərçivəsində ilk gənc məruzəçi olmuş, terrorizmin qarşısının alınmasında cəmiyyətin bütün təbəqələrinin iştirakı və radikallaşmaya qarşı mübarizədə gənclərin rolu barədə bəyanatla çıxış etmişdir.

    İnterPress

  • Polşa

    ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı, Varşava. Vətəndaş cəmiyyətinin gənc nümayəndəsi kimi fundamental hüquq və azadlıqlar, irqçilik, ksenofobiya, ayrı-seçkilik və fikir azadlığına dair üç plenar iclasda çıxış etmişdir.

    videovideovideo

  • İsveçrə

    BMT-nin İnsan Hüquqları Şurasının 51-ci sessiyası, Cenevrə. Şuranın sədri Federiko Villeqasın moderatorluğu ilə iki ildən bir keçirilən inkişaf hüququ üzrə panel müzakirəsində məruzəçilərdən biri olmuşdur.

    video

  • Fransa

    “50-50” təlimi, Avropa Şurasının Avropa Gənclər Mərkəzi, Strasburq. Gənclərin öz hüquqlarından istifadə imkanlarına həsr olunmuş təlimin iştirakçısı olmuşdur.

    coe.int

  • Azərbaycan

    “Enactus Network Leadership Summit 2022” (Enactus Şəbəkə Liderləri Sammiti), Bakı. Tədbirin təşkilat komitəsinin üzvü olmuşdur.

  • Azərbaycan

    Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu. Möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə baş tutan Forumda cənab Prezidentə könüllülük hərəkatı ilə bağlı sual ünvanlamışdır.

    president.az (Prezidentin rəsmi saytı) rəsmi mənbəvideoAZƏRTAC

  • Azərbaycan

    Çin-ŞƏT-Avrasiya Gənc Liderlər Dialoqu, Pekin. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi kimi videomüraciətlə çıxış etmişdir.

    videoChina Daily

2021

  • Türkiyə

    “Türk Şurası Media Forumu”, İstanbul, Türkiyə. Forumda iştirak etmişdir.

  • Qırğızıstan

    Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) Gənc Liderlər Forumu, Oş, Qırğızıstan. Forumda iştirak etmişdir.

2020

  • Türkiyə

    Erasmus Tələbə Şəbəkəsinin beynəlxalq görüş və təlimləri, İstanbul, Türkiyə. Milli təmsilçi kimi Azərbaycanı təmsil etmişdir.

2019

  • Portuqaliya

    Erasmus Tələbə Şəbəkəsinin beynəlxalq görüş və təlimləri, Lissabon, Portuqaliya. Milli təmsilçi kimi Azərbaycanı təmsil etmişdir.

  • Macarıstan

    “ESNgender Check-up” tədqiqat sessiyası, Avropa Gənclər Mərkəzi, Budapeşt. Avropa Şurası və Erasmus Tələbə Şəbəkəsinin birgə təşkil etdiyi sessiyada iştirak etmişdir.

    coe.intesn.org

  • Azərbaycan

    Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş Diplomatiya Həftəsi, Bakı. ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən keçirilən proqramın məzunu olmuşdur.